Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir.
Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur.
"Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır. Eşidən və görən Odur" (İsra Surəsi, 1).
Göy Tanrı inancından Xristianlığa, Zərdüştlükdən Yəhudiliyə, Mazdaizmdən İslama qədər bir çox inanc, göyü müqəddəs kimi qəbul etdi və ölmədən sonra ruhlarının göyə qalxdığına və əbədiyyətə çatdığına inanaraq göyü Tanrı və orada əbədi həyat üçün bir yer olaraq seçdi. Digər dünyaya, metafizik və ya cənnət aləminə səyahət edərək yüksəliş yaşayan insanlar Tanrı ilə görüşür və ilahi güclərdən faydalanaraq ilahi təlimlər və əmrlər alaraq yer üzünün həyatını təşkil etməyə çalışırlar. Merac, bu inanc və hekayələrin İslami əkslərindən biri olaraq görülür. İslam mədəniyyətindəki Miraçnamələr və xüsusilə Ardavirafnamə arasında çox paralellik var.[2]
Merac bu mənada Peyğəmbərimizə (s.a.v
) məxsus olsa da, digər peyğəmbərlərin də xüsusi zamanlarda, dünya ilə əlaqədən ayrılaraq yüksək məqamlara yetişdikləri, mələklər aləmini seyr etdikləri olmuşdur. Belə müəyyən saatlarda qəlbin gözü üzündə maddi pərdələrdən ibarət olan bir sıra görmə şərtləri silinir, qulağın eşitmə qüdrətinin telləri dəyişir. Zaman və məkan məfhumları, məsafə ortadan qalxır. Peyğəmbər nurdan yaranmış, mələklərdən ibarət olan yanındakılarla ilahinin hüzuruna çıxar. Orada ilahi nur və Rəbbani feyz dəryasına dalar. Hərəmi akdəsə, Hazirai qüdsə ayaq basar. Ənbiyanın yeri belədir. Bu yer dərəcə dərəcə dəyişir. Peyğəmbərlər içərisində ən yüksək yer ola, Həzrəti Muhəmmə(s.a.v)də nəsib olmuşdur. Eləcə də səmavi kitablar içində ən mükəmməl və müqəddəs olan Qurani-Kərim ona nazil olmuşdur. Həzrəti İbrah(ə)im, Həzrəti Yaq(ə)ub, Həzrəti Mu(ə)sa və Həzrəti İ(ə)sa da, belə ilahi seyranlara yetişmiş böyük Peyğəmbərlərdir. Ancaq Həzrəti Peyğəmbər(s.a.v)in meracı hərtərəfli olaraq fərqlənən, ülviyyət və qüdsiyyətlə dolu olan bir hadisədir.