Kəşf edən | bilinmir | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Kəşf yeri | bilinmir | ||||||||
Kəşf tarixi | bilinmir | ||||||||
Şərəfinə adlandırılıb | Merkuri | ||||||||
Orbital xarakteristikası[2] | |||||||||
Afelisi | 69816900 km. 0.466 697 AV | ||||||||
Perihelisi | 46001200 km 0.307 499 AV | ||||||||
Periapsidi | 46.001.270.441,315 m, 46.001.009 km | ||||||||
Apoapsidi | 69.817.445.933,987 m, 69.817.445 km | ||||||||
Böyük yarımoxu | 57909050 km. 0.387 098 AV | ||||||||
Orbitinin ekssentrisiteti | 0.205630[1] | ||||||||
Sinodik fırlanma dövrü | 10.012.032 san.[3] | ||||||||
Orta anomaliyası | 3,1 radian | ||||||||
Əyilməsi | 0,12226 radian[4] | ||||||||
Qalxan milinin uzunluğu | 0,843531 radian[4] | ||||||||
Perisentr arqumenti | 0,51 radian[4] | ||||||||
Nəyin peykidir | Günəş | ||||||||
Kəşf edilmiş peykləri | yoxdur | ||||||||
Özünə xas ekssentrisitet | 0,20563593[4] | ||||||||
Fiziki xarakteristikaları | |||||||||
Ekvator radiusu | 4879,4 km (0,38 x Yer) | ||||||||
Qütb sıxılması | 0 | ||||||||
Səthinin sahəsi |
| ||||||||
Həcmi | 0,056 x Yer[5] | ||||||||
Kütləsi | 0,0553 x Yer[6] | ||||||||
Orta sıxlığı | 5,427 g/cm3 (0,98 x Yer)[5] | ||||||||
3,7 m/s2 (0,38 x Yer)[5] | |||||||||
58,646 gün[5] | |||||||||
Ekvatorial fırlanma sürəti | 47,362 km/saniyə[1] | ||||||||
Oxunun maililiyi | 0,0324o[1] | ||||||||
Şimal qütbünün meyllənməsi | +61° 24′ 100″[10] | ||||||||
Albedo | 0,142[7] | ||||||||
Temperatur | min. 100 K, 440 K, maks. 700 K[10] | ||||||||
| |||||||||
1,9[10] | |||||||||
Atmosfer[11] | |||||||||
0,005 pikobar[12] | |||||||||
Atmosfer tərkibi | Molekulyar oksigen 42% Natrium 29% Hidrogen 22% Helium 6% Kalium 0.5% Az miqdarda Arqon, Azot, Karbon dioksid, Su buxarı, Ksenon, Kripton və Neon | ||||||||
Merkuri və ya Ütarid — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Yer qrupu planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə dövr edən planetdir və 88 günə tam bir dəfə dövr edir. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkuri planetinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.
Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik −173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə −93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə malikdir. O, Günəş ətrafında orbit üzrə bir dəfə keçdiyi yolu ikinci dəfə keçmir. Planetin orbitinin zamanla daha da kənarmərkəzli olacağı və kənarmərkəzlilik dərəcəsinin hal hazırkı göstərici olan 0,21-dən 0,5-ə yüksələcəyi düşünülür. Merkurinin Günəşə ən uzaq məsafəsi ən yaxın məsafəsindən təxminən 1,5 dəfə çoxdur. Merkurinin səthi ağır zərbə kraterləri ilə örtülmüşdür və bu baxımdan Ayla oxşarlığı vardır. Səthində milyard illərdir ki, geoloji aktivlik dayanmışdır.
Merkurinin Günəş ətrafında hərəkəti ilə öz oxu ətrafında hərəkəti 3:2-yə rezonansdadır, yəni Günəş ətrafında hər üç dəfə dönməsi, öz oxu ətrafında iki dəfə dönməsinə bərabərdir.[13] Bu səbəbdən də planet Günəş ətrafında iki dəfə dönərkən, Yerdən baxan müşahidəçi bir gün görmüş olacaqdır.[14]
Merkuri də Venera kimi Yer səmasında sübh vaxtı və axşamçağı görünür, ancaq gecə görünmür. Merkuri də Ay və Venera kimi fazalara sahibdir. Günəşə Veneradan daha yaxın olmasında baxmayaraq, üzərinə düşən Günəş işığının cəmi 10%-ni əks etdirdiyindən Veneradan daha az parlaq görünür. Günəşə yaxınlığı səbəbindən Merkurini Yerdən müşahidə etmək çətindir. Merkurini müşahidə etmək üçün iki kosmik missiya təşkil olunmuşdur. Bunlardan ilki olan Mariner-10 kosmik gəmisi Merkurinin quruluşu, atmosferi və mühiti haqqında məlumatlar toplamışdır. 2008-ci ilin avqust ayında kosmosa buraxılan MESSENGER kosmik gəmisinin (ing. Mercury Surface, Space ENvironment, GEochemistry and Ranging) vəzifəsi planetin maqnit sahəsi, kimyəvi tərkibi və geologiyası haqqında məlumat toplamaqdır.[15][16][17]