MİQ-31 | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
Hazırlayan | MiG |
İstehsalçı | SSRİ/Rusiya |
Dizayner | Mikoyan-Quryeviç Konstruktor Bürosu |
İlk uçuş | 16 sentyabr 1975 |
İstismara verilmə tarixi | 6 may 1981 |
İstimarının bitmə tarixi | davam edir |
İstismarçılar |
Qazaxıstan Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1975-1994 |
Buraxılış sayı | 519 |
Vahidinin qiyməti | 57-60 mln dollar |
Baza modeli | MiQ-25 |
Vikianbarda əlaqəli mediafayllar |
MiQ-31 — 1975-ci ildə MiQ tərəfindən inkişaf etdirilən iki yerli, iki motorlu yüksək hündürlükdə uçan təyyarəsi olan MiQ-25-in inkişaf etdirilmiş törəməsidir. Vəzifəsi düşmənin nüvə başlıqlı mərmilərini, cəsus təyyarələrini və borbardmançı təyyarələrini havadaca qabaqlamaq ya da məhv etməkdir.
Dünyanın mexaniki olaraq ən yüksək performanslı havada üstünlük qazanmaq üçün nəzərdə tutulmuş təyyarəsidir. Çox yüksək sürətə və çox yaxşı manevr qabiliyyətinə malikdir, ancaq istehsalından qaynaqlanan səhvlər səbəbilə vəzifəsini Suxoy Su-27-ə vermişdir. Təyyarədə 200 km mənzilə sahib Zaslon radarı istifadə edilməkdədir. Son illərdə modernizasiya edilərək yer hücum xüsusiyyəti də qazanan MiQ-31, müasir aviyoniklər və rəngli ekranlı kokpitə malikdir.
MiQ-31 MiQ-25in konstruksiyasının əsasında inkişaf etdirilmişdir. Əsas vəzifəsi düşmənin ərazisində yuxarıdan kəşfiyyat aparmaq və düşmənin hücumlarının qarşısını almaqdır. İlk prototipləri 1975-ci ildə uçmuş, kütləvi surətdə istehsalında isə 1978-ci ildən etibarən başlanılmışdır. 1983-cü ildən etibarən SSRİ Silahlı Qüvvələrinin arsenalına qəbul edilmişdir və MiQ-25lərin yerini tutmağa başlamışdır.
200 km radiusa malik olan Zaslon radarı ilə 4 ədəd MiQ-31 qrupunun 800 – 900 km arasında olan hava sahəsini qorumaq imkanlarına malik olması bu təyyarələrin əsas xüsusiyyətlərindəndir. Hava idarəetmə mərkəzi kimi qırıcı təyyarələri də idarə edə bilmək qabiliyyətinə malikdir. NATO kod adı kimi Foxhound adı verilmişdir.