Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mil Mi 12 | |
---|---|
İstehsalçı | Mil Moskva Helikopter Zavodu |
Baş konstruktor | Mixail Mil |
İlk uçuş | 10 iyul 1968 |
Vikianbarda əlaqəli mediafayllar |
Mil Mi-12 (V-12) nəqliyyat helikopteri.
NATO kod adı: Homer
İstehsalçı: SSRİ
İstehsalçı firma: Mil Moskva Helikopter Zavodu
Tip: Nəqliyyat helikopteri prototip
İlk uçuş: 10 iyul 1968-ci il
İstismarı dayandırılıb: 1974-cü il
İstehsal sayı: 2 ədəd
Dünya aviasiyası tarixində ən ağır qaldıra bilən helikopter hesab edilir. İlk uçuş 1968-ci il iyulun 10-da baş tutub. 1969-cu il avqustun 6-da indiyə qədər helikopterlər üçün əlçatmaz olan rekorda imza atıb — 2255 metr hündürlüyə 44205 kq yük qaldırıb. Mi-12 toplam yeddi dünya rekorduna imza atıb.
Mi-12-ni yaradan Mil adına Büro, helikopter texnologiyasında görkəmli nailiyyətlərinə görə Amerika Helikopter Cəmiyyəti tərəfindən Sikorski adına mükafata layiq görülüb.
Mi-12-nin əsas fərqləndirici xüsusiyyəti geriyə doğru daralan qanadlar üzərində olan vintlərin yan tərəfli tənzimlənməsidir. Bu helikopterin, Strateji Raket Qüvvələri üçün qitələrarası ballistik raketlərin daşınması üçün ən azı 30 ton qaldıra biləcək super-ağır nəqliyyat helikopteri kimi istifadə olunması nəzərdə tutulub. 105 tonluq "ağırçəkilini" havaya hər biri 6500 at gücündə olan dörd mühərriki qaldırır. Mi-12-nin sürəti 260 km /saata çatır. Ekipaj — altı nəfərdən ibarətdir.
Gövdənin önü iki mərtəbəli bir kabindən ibarətdir. Quyruq hissəsində yan qapaqlar olan bir güc nərdivanı mövcuddur. Açıldığında isə, maşınların daxil olması və malların yüklənməsi üçün giriş meydana gəlir. Helikopterin mərkəz hissəsini böyük bir yük bölməsi tutur. Ancaq belə bir nəhəng helikopterə orduda ehtiyac olmadı və hər iki maşın muzey eksponatına çevrildi. Bununla yanaşı, bu müstəsna helikopterlərin layihələndirilməsi və sınaqdan keçirilməsi təcrübəsi nəticəsiz qalmırdı.[1]