Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nauru | |||||
---|---|---|---|---|---|
Repubrikin Naoero Republic of Nauru | |||||
| |||||
God’s Will First Tanrının iradəsi hər şeydən vacibdir |
|||||
Himn: Nauru Bwiema Nauru nəğməsi |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Rəsmi paytaxtı yoxdur (de-fakto: Yaren) | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | Lionel Ainqimea | ||||
Parlament spikeri | Markus Stepen | ||||
Sahəsi | Dünyada 240-cı | ||||
• Ümumi | 21 km² km² | ||||
Əhalisi | |||||
• Əhali | 11,000 nəfər (226-cı) | ||||
• Siyahıyaalma (2002) | 10 065 nəf. | ||||
• Sıxlıq | 455 nəf./km² | ||||
• Ümumi | 145.536.603 $[2], 150.922.211 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 60 mln $ dollar (223-cü) | ||||
• Adambaşına | 5 000 $ dollar (158-ci) | ||||
Valyuta | Avstraliya dolları | ||||
İnternet domeni | .nr | ||||
ISO kodu | NR | ||||
BOK kodu | NRU | ||||
Telefon kodu | +674[3] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də Vatikan və Tuvaludan sonra ən az əhaliyə malik dövlətdir.
Nauru ilk olaraq ən az 3000 il əvvəl Mikroneziya və Polineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.
Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfat və kalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.