News Corporation

News Corporation
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye əyləncə sənayesi[d], kütləvi informasiya vasitələri
Məhsulu kabel televiziyası
Təsis tarixi 1980
Bağlanma tarixi 28 iyun 2013
Struktur
İşçi sayı
  • 51.000 nəf. (2010)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

News Corporation (və ya News Corp) dünyanın ən böyük media qruplarından biri hesab olunur. Onun sahibi və sədri Rupert Merdokdur.

News Corporation Nyu York Fond Birjası və Avstraliya Fond Birjası vasitəsilə ictimai bir şirkətdir. Əvvəllər şirkətin baş ofisi Avstraliyanın Adelaida şəhərində yerləşirdi, lakin sonradan ABŞ-ın Delaver ştatına köçürülmüşdür.

News Corporation şirkətinin baş ofisi Nyu Yorkda Rokfeller Mərkəzinin binasında yerləşir. Şirkətin 2005-ci ildəki göstəricilərə əsasən illik gəliri 23,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu gəlirlərin də təxminən 70%-i ABŞ-dan əldə edilmişdir.

Şirkət bütün dünyada kitab nəşriyyatlarına, qəzetlərə, jurnallara, səsyazma şirkətlərinə və radio stansiyalara, idman komandalarına və liqalara, kinostudiyalara, televiziya stansiyalarına, kabel və peyk yayımı distribyutorlarına, internet saytlarına və müxtəlif kiçik təşkilatlara sahibdir.

20th Century Fox, Fox televiziyaları ilə bərabər, Eurosport, Direct TV, Sky televiziyaları və eyni zamanda da 2006-cı ildən Türkiyədən satın alınmış olan TGRT kanalı da şirkətin mülkiyyətindədir.[1] Bundan əlavə, MySpace sosial şəbəkə xidmətini də 580 milyon dollara satın almışdır.

  1. "TGRT Satıldı". www.gunaydinaliaga.com (türk). 24 iyul 2006. 26 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2024.

News Corporation

Dodaje.pl - Ogłoszenia lokalne