Nupediya | |
---|---|
URL | nupedia.com |
Tipi | Onlayn ensiklopediyalar |
Dilləri | ingilis dili |
Müəllif (lər) | Larri Senger, Cimmi Uels |
Açılma tarixi | 9 mart 2000 |
Bağlanma tarixi | 26 sentyabr 2003 |
Vikianbarda əlaqəli mediafayllar |
Nupediya (ing. Nupedia) — ingilis dilində fəaliyyət göstərmiş ensiklopediya layihəsidir.
Ensiklopediyada məqalələr müvafiq mövzuda təcrübəyə malik könüllü töhfəçilər tərəfindən yaradılırdı. Məzmun dərc edilməzdən əvvəl ekspert redaktorlar tərəfindən nəzərdən keçirilirdi və İnternetdə azad məzmun kimi yayılırdı. Layihənin baş redaktoru və təşkilatçısı Larri Senger və Bomis şirkətinin icraçı direktoru Cimmi Vels tərəfindən yaradılmış Nupediya 1999-cu ilin oktyabrından[1][2] 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərmişdir. Nupedia məqalələrin məzmununa nəzarət etmək üçün yeddi addımlı təsdiqləmə prosesinə sahib idi. İlk ilində onda cəmi 21 məqalə var idi.
Nupediya ensiklopediyasını viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Lakin Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi. Nupediya ensiklopediyası bağlanarkən orada 24 təsdiq edilmiş[3][4][5] və yoxlama prosesində olan 150 məqalə var idi.[6]
Vikipediya açıq ensiklopediyası Nupediya ensiklopediyası əsasında yaradılmışdır. Lakin Nupediyadan fərqli olaraq, burada yeni məqalələr könüllü internet istifadəçiləri tərəfindən yaradılır. Belə ki, hər bir könüllü internet istifadəçisi Vikipediya layihəsinə qoşularaq burada yeni məqalə yarada və digər istifadəçilərin yaratdığı məqalələri redaktə edə bilər.
Cimmi Vels Vikipediyada məqalələrin daha asan yerləşdirilməsinə üstünlük verirdi, Sanqer isə Nupedia tərəfindən istifadə edilən ekspert nəzarəti olan yanaşmaya üstünlük verirdi[7] və daha sonra 2006-cı ildə Vikipediyaya alternativ olaraq Citizendiumu təsis etdi.[8]