Oksigen

8 azotoksigenflüor


O

S
Ümumi
Ad, İşarə, Nömrə oksigen, O, 8
Qrup, Dövr, Blok 16, 2, p
Xarici görünüşü rəngsiz qaz
Atom kütləsi [15,99903; 15,99977][1] q/mol
Elektron formulu 1s2 2s2 2p4
Fiziki xassələr
Halı -219°C
Sıxlığı (0 °C, 101.325 kPa)
qaz: 1,42897 kq/m³

maye: 1,141 q/L

Ərimə temperaturu -218.79 °C
(54.36 K, -361.82 °F)
Qaynama temperaturu -182.95 °C
(90.20 K, -297.31 °F)
Elektromənfiliyi 3,44
Oksidləşmə dərəcəsi -2, 0, ½, +1, +2
Spektr =
İonlaşma enerjisi 132 (-2e) kCmol-1


Oksigen (lat. oxygenium, kimyada işlənən qısaltması O) — Dmitri Mendeleyevin elementlərin dövri sistemində 8-ci element.

Oksigen — kimyəvi cəhətdən qeyri-metal, xalkogenlər qrupundan ən asan elementdir. Normal şəraitdə sadə bir maddə kimi, rəngsiz, dadı və qoxusu olmayan bir qazdır, molekulu iki oksigen atomundan (O2 düsturundan) ibarətdir və buna görə oksigen də deyilir[2]. Maye oksigen açıq mavi rəngdədir, bərk oksigen isə açıq mavi kristaldır. Dərsdəki reaksiyaları yazaraq öyrənməyiniz sizin üçün çox yaxşı olacaqdır.

Oksigenin digər allotropik formaları var, məsələn, ozon — normal şəraitdə, molekulu üç oksigen atomundan (formula O3) ibarət olan xüsusi bir qoxusu olan mavi rəngli bir qazdır.

Cozef Pristli civə oksidini HgO iki tərəfi qabarıq linza vasitəsi ilə qızdırırdı. Qızdırarkən, o, civənin və çox miqdarda qazın əmələ gəlməsini görüb. Əvvəlcə onu hava zənn edib. Cozef Pristli qaz olan borunun içinə yanan şamı saldı və qeyri adi bir şey gördu. Şam işıqlı alovda yanırdı. Həmin qaz olan gümbəzin altında yerləşən siçanlar özlərini yaxşı hiss edib, hərəkət edirdilər. Cozef Pristli qazın təsirini öz üzərində sınadı. Nəfəs almaq asan və xoş idi. "Kim bilir, – yazırdı o, – bəlkə bu təmiz hava zaman keçdikcə çox dəbli zinət əşyası olacaq, hal-hazırda isə bu həzzi siçanlar aldı". Daha sonra məlum oldu ki, oksigeni hələ XVII əsrdə holland alimi Kornelius Drebbel kəşf etmişdir. O, oksigendən özünün düzəltdiyi yeraltı qayıqda istifadə edirdi. Bu kəşf sirr olaraq qaldı, çünki o zamanlar qayıq hərbi texnika sayılırdı.

Oksigenin əhəmiyyətini həqiqi dəyərləndirən ilk olaraq fransız alimi Antuan Lavuazye olub. 1775-ci ildə qoyulan eksperimentlər nəticəsində, o tənəffüs və yanma proseslərini maddələrin oksigenlə əlaqəsi kimi izah edə bildi. Bu müasir "oksigen" adını Lavuazye təklif etdi.

Oksigen atmosfer, litosferhidrosfer qatları kütləsinin təqribən 49,4%-i oksigenin payına düşür. Birləşmə şəklində oksigen torpağın, suyun, dağ süxurlarının, filizlərin, mineralların əsas tərkib hissəsini təşkil edir. Təbii suların 88,88%-i, çay qumunun 53,5%-i oksigen elementindən ibarətdir. Oksigen bütün canlı orqanizmlərin tərkibinə daxildir. Məsələn-İnsan bədəninin 65%-i oksigendir.

Təbii birləşmələrdə oksigen elementinin üç izotopuna rast gəlinir. Bunlardan ən çox yayılan nisbi atom kütləsi 16 olan izotopdur. Oksigen yanmır, yanmağa kömək edir.

  1. Michael E. Wieser, Norman Holden, Tyler B. Coplen, John K. Böhlke, Michael Berglund, Willi A. Brand, Paul De Bièvre, Manfred Gröning, Robert D. Loss, Juris Meija, Takafumi Hirata, Thomas Prohaska, Ronny Schoenberg, Glenda O’Connor, Thomas Walczyk, Shige Yoneda, Xiang‑Kun Zhu.
  2. Дикислород Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // Большая Энциклопедия Нефти Газа

Oksigen

Dodaje.pl - Ogłoszenia lokalne