Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Panteizm (pan – bütün, teos – tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir.) — kainatı bütövlükdə tanrı kimi qəbul edən fəlsəfi düşüncə, lakin bu düşüncə tərzi o qədər geniş yayıldı, özünə xristianlar içərisindən o qədər tərəfdarlar toplaya bildi ki, müstəqil din səviyyəsinə qədər yüksəldi. Proseslər tarixin elə bir dönəmində (e. XVI–XVIII əsrlər) başladı ki, bu dövrdə bütövlükdə xristianlıq dərin böhran keçirir, bütün Avropada kilsə əleyhinə kəskin çıxışlar edilirdi.
Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı təbiətdə və ya əksinə təbiət tanrıda birləşir. Panteizmə görə, tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır. Hər şey tanrıdır. İki əsas hissəyə ayrılır:
Ateizmə yaxın olan panteizm. Onlara görə təbiətdən yüksəkdə heç nə yoxdur, onu heç kim yaratmamışdır, o həmişə var idi, var və olacaq da. Təbiət özünə xas olan təbii qanunlarla idarə olunur, təbiətin özü də elə tanrıdır. Belə bir panteizm ardıcıl deyildi, Darvinizm təlimi ilə özünə arxa tapsa da dinə üstün gəlmək təşəbbüsündən artıq irəli gedə bilmədi. Əsas nümayəndələri B. Spinoza və C. Brunodur.
Dini-mistik panteizm. Bunlar təkid edirlər ki, tanrı bütün əşyalarda, hadisələrdə və təbii proseslərdə hansısa fövqəltəbii başlanğıc kimi mövcuddur. O yalnız ilk yaradan, başlanğıca təkan verəndir, bütün həyati proseslərin heç birində iştirak etmir. Belə panteizm, əksinə, tanrı haqqında təsəvvürlərin yeniləşdirilməsi vasitəsilə dinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərdir. Əsas nümayəndələri İ. S. Erougena, N. Malbrans və başqalarıdır.