Peronizm

Argentinanın 39-cu və 41-ci prezidenti Xuan Peron.

Peronizm (isp. Peronismo) və ya xustisializm (isp. Justicialism — «ədalətçilik») — Argentinada prezident Xuan Peronun siyasəti ilə əlaqələndirilən siyasi ideologiya. Bu, XX və XXI əsrlərin Argentina siyasətində təsirli bir hərəkat olmuşdur.[1] 1946-cı ildən bəri peronistlər namizəd olmağa icazə verilən 13 prezident seçkisindən 10-da qalib gəliblər.[2] İdeologiya "milliyətçilikəməkçiliyin qeyri-müəyyən qarışığı"[2] və ya populizm[3] kimi təsvir edilmişdir.

Siyasi hərəkat olaraq peronizm iki əsas istiqamətə malikdir. Sağ istiqamət siyasi və iqtisadi konsepsiyaya malikdir və Xuan Peron ilə eyniləşdirilir, sol istiqamət isə sosial yönümlüdür və Evita Peron ilə əlaqələndirilir.

  1. "Peronist". Encyclopedia Britannica (ingilis). 18 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
  2. 1 2 "The persistence of Peronism". The Economist. 15 October 2015. 2019-07-18 tarixində arxivləşdirilib.
  3. "Populists in Power Around the World". Institute for Global Change (ingilis). 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.

Peronizm

Dodaje.pl - Ogłoszenia lokalne