Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Plov | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Mənşəyi | |
Müəllif | Türk xalqları |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Plovlar |
Digər mətbəxlərdə | |
Digər mətbəxlərdə |
|
Plov və ya aş — düyü əsasında xörək.
Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir.[2]
Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir.
Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər". Plovun üstündən ya bir qab ayran içilir, ya bir fincan iskəncəbi. Bütün bunlar yağın tamam parçalanıb həzm edilməsinə müsbət təsir göstərir. Düyüdən ən mükəmməl və çoxsaylı plovlar, xörəklər, əlbəttə ki, Azərbaycandadır.[neytrallıq?] Əsas səbəblərdən biri də Azərbaycanın dünyanın bu hissəsində çəltikçiliyin, çəltikçilik mədəniyyətinin təməlində durması, çəltiyin ən çox əkilib-biçildiyi yer olmasıdır. Çəltik də çox zəhmət tələb edən bitkidir. Yetişdiyi ölkələrdə mütləq müqəddəs, çox qiymətli məhsula dönüb, folklora, mifoloji təfəkkürə daxil olub. Yaponiyada düyü o qədər müqəddəsdir ki, Siz düyünü nə qədər boşqabınıza qoymuşsunuzsa, o qədər yeməlisiniz. Qabda bir dənə də düyü qalmamalıdır. Yoxsa yaponu təhqir etmiş və buna cavab verməli olacaqsınız. Yaponlar düyünü yastıqlara belə doldurub baş altına qoyurlar. Yaponiyada düyü istehsalı yüksək olsa da, onu heç vaxt ixrac etmək, ya başqa ölkələrdə yetişdirib ölkələrinə gətirmək istəmirlər.[nə vaxt?] Yaponiyanın qədim paytaxtı Kiotda[harada?] Funaoko təpəsində müqəddəs daş[nə?] var. İki rəngarəng daş tülkü heykəli bu daşı qoruyur. Bu qurbanlıq altarın pilləkənlərində bir qab düyü, fisincan su və bir fincan duz qoyulur. Burada insanlar düyü ilahından arzu diləyir, arzunun həyata keçməsi üçün yüz dəfə bu altarın (minbərin) ətrafına dolanırlar. Yaponiyada təzə evlənənlərə düyü çörəkləri verirlər ki, doğumlu, uzunömürlü, varlı olsunlar. Düyü sözünün mənasını "Kənzul İsthani" tərcümə edən (XVIII əsr) Əhməd Cavid belə verir: "dügü – nəyinsə yağı alındıqdan sonra dibində qalan hissəyə və qazanın dibində yapışıb qalan yemək artığına deyilir". Düyü təmizləndikdən sonra əsasən yağsız nişastadan ibarətdir ki, əriyəndə, bişəndə yapışqanlıq yaradır. "Düyünün çox məşhur taxıl olduğunu bilmək lazımdır. Ərəbcə ona "ərrüz" deyərlər. Ərəblər "ərrüzz" sözünü yunan dilindən öyrəniblər". Sanskritcə düyü "urihi" adlanır. Tibet traktatı "Vaydurya — onbo" da (XVII əsr) düyüyə "So-ba" deyilir və ağrıyan yerlərin üzərinə dəmlənib qoyulması məsləhət görülür.[3][etibarsız mənbə?] Düyü plovu