Press-reliz

Press-reliz nümunəsi. Bu Vikimedia Fondunun kommunikasiya komandasının Vikipediya press-relizləri üçün şablonudur.
Madison Square Garden -in press-relizi, 1974-cü il

Press-reliz — məlumat vermək, rəsmi açıqlama və ya ictimaiyyətə açıqlanması üçün elan vermək məqsədilə media mənsublarına verilən rəsmi açıqlama. Press-relizlər həm də ilkin mənbə hesab olunur, yəni onlar məlumat üçün orijinal informatorlardır. Press-reliz ənənəvi olaraq başlıq, tarix, giriş, əsas və digər komponentlər daxil olmaqla doqquz struktur elementdən ibarətdir. Press-relizlər adətən elektron şəkildə mətbuata çatdırılır, istifadəyə hazırdır və çox vaxt xəbər embarqosu kimi tanınan "filan tarixdən əvvəl istifadə etməyin" qaydasına tabedir.

Press-relizlərin xüsusi nümunəsi kommunike (/kəˈmjuːnɪk/) ola bilər. Bu ictimai qurum tərəfindən verilər qısa hesabat və ya bəyanatdır. Kommunike adətən beynəlxalq liderlərin yüksək səviyyəli görüşündən sonra verilir.

Press-reliz materialından istifadə media korporasiyalarına fayda verə bilər, çünki o xərcləri azaltmağa və media agentliyinin müəyyən vaxt ərzində çıxara biləcəyi materialın həcmini yaxşılaşdırmağa kömək edir. Material əvvəlcədən hazırlandığına görə, press-relizlər jurnalistlərin nəinki xəbər yazmaq üçün vaxtına, həm də xəbəri birbaşa əldə etmək üçün lazım olan vaxta və pula qənaət edir.[1]

Press-relizdən istifadə xəbər agentliyinin vaxtına və puluna qənaət etsə də, onun məzmununun formatını və üslubunu məhdudlaşdırır. Bundan əlavə press-relizlər onları sifariş edən və ya verən təşkilat üçün əlverişlidir, mövzunu onun üstünlük verdiyi meyarlara uyğun tərtib edir. Rəqəmsal dövrdə istehlakçılar məlumatları dərhal əldə etmək istəyirlər ki, bu da mətbuata mümkün qədər çox material çıxarmaq üçün təzyiq yaradır. Bu mətbuat agentliklərinin məzmun yaratmaq üçün press-relizlərə çox etibar etməsinə səbəb ola bilər.[1]

  1. 1 2 Lewis, Justin; Williams, Andrew; Franklin, Bob. "A Compromised Fourth Estate?". Journalism Studies. 9 (1). 2008-02-01: 1–20. doi:10.1080/14616700701767974. ISSN 1461-670X.

Press-reliz

Dodaje.pl - Ogłoszenia lokalne