Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qastrit — mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər. Qarın nahiyəsində təkrarlanan şiddətli ağrı və qusma appendisitin əlaməti ola bilər. Appendisit çox vaxt qastritlə səhv salınır. Müalicə olunmayan appendisit həyati təhlükə yarada bilər.