Rusiya | |||||
---|---|---|---|---|---|
Российская Федерация Rossiyskaya Federatsiya | |||||
| |||||
Himn: "Государственный гимн Российской Федерации" "Rusiya Dövlət Himni" |
|||||
Tarixi | |||||
• Rurik sülaləsi | 862 | ||||
• Kiyev Rus dövləti | 882 | ||||
• Böyük Vladimir Knyazlığı | 1169 | ||||
• Böyük Moskva knyazlığı | 1263 | ||||
• Çar Rusiyası | 16 Yanvar 1547 | ||||
• Rusiya İmperiyası | 22 Oktyabr 1721 | ||||
• Rusiya Sovet Federativ Sosialist Respublikası | 7 Noyabr 1917 | ||||
• Sovet Sosialist Respublikaları İttifaqı | 10 Dekabr 1922 | ||||
• Rusiya | 25 Dekabr 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Moskva | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Vladimir Putin | ||||
Baş Nazir | Mixail Mişustin | ||||
Federasiya Şurasının sədri | Valentina Matviyenko | ||||
Dövlət Dumasının sədri | Vyaçeslav Volodin | ||||
• Su sahəsi (%) | 13 | ||||
• Əhali |
|
||||
• Sıxlıq | 8.4 nəf./km² (217-ci) | ||||
• Ümumi | 1.836.892.075.548 $[2], 2.240.422.438.363 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $4.988 trilyon dollar (6-cı) | ||||
• Adambaşına | $33,895 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | $2.062 trilyon dollar (11-ci) | ||||
• Adambaşına | $14,014 dollar | ||||
İİİ (2021) | 0.822 (artış; 57-ci) | ||||
Valyuta | Rusiya rublu | ||||
İnternet domeni | .ru, .рф[3], .su | ||||
ISO kodu | RU | ||||
BOK kodu | RUS | ||||
Telefon kodu | +7 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir. Federasiya yarı prezident idarəetmə üsuluna malik respublikadır.[5]
Rusiyanın tarixi III və VIII əsrlər arasında Avropada tanınan bir qrup olaraq ortaya çıxan Şərq Slavyanları ilə başlayır. IX əsrdə Varyaqlar tərəfindən qurulan və idarə olunan Orta Əsr Kiyev Rus Dövləti ortaya çıxdı. 988-ci ildə Bizans İmperiyasından Pravoslav Xristianlığı qəbul edildi və sonrakı minillik üçün buraya Bizans və Slavyan mədəniyyətlərinin sintezi başladı. Daha sonra Kiyev Rus Dövləti bir sıra kiçik dövlətlər halına parçalandı və torpaqlarının əksəriyyəti Monqollar tərəfindən istila edilib Qızıl Orda Dövlətinin qolları halına gəldi. Qızıl Orda Dövlətindən müstəqilliyini elan edən Rus knyazlıqları yavaş-yavaş yenidən birləşib Moskva Knyazlığını qurmuş və Kiyev Rus Dövlətinin mədəni və siyasi irsinin ardıcılı olmuşdur. 18-ci əsrə gəldikdə, böyük ölçüdə fəth, ilhaq və kəşf yolu ilə Avropada Polşadan Şimali Amerikada Alyaskaya qədər uzanan tarixin ən böyük üçüncü imperiyası olan Rus İmperiya halına gəldi.
1917-ci il Oktyabr İnqilabından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası, dünyanın ilk konstitusiyalı sosialist dövləti olmuş və II Dünya Müharibəsində müttəfiqlərə qarşı qələbədə həlledici rol oynayaraq Super güc ölkəsi kimi tanınan, SSRİ-nin ən böyük və aparıcı dövlətlərindən biri oldu. SSRİ dövründə dünyanın ilk süni peyki və ilk insanlı kosmik uçuşu daxil olmaqla, XX əsrin ən əhəmiyyətli texnoloji nailiyyətləri məhz burada həyata keçirilib. Rusiya Federasiyası, SSRİ-nin dağılmasının ardından 1991-ci ildə yaradılıb və SSRİ-nin ardıcılı kimi tanınır