Saxaroza | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C12H22O11 |
Molyar kütlə | 42,2965 ± 0,0144 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,587 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 186 °S |
Buxarın təzyiqi | 0 ± 1 mm Hg[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 57-50-1 |
PubChem | 5988 |
RTECS | WN6500000 |
ChEBI | 17992 |
ChemSpider | 5768 |
Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olur. Ona görə də onu şəkər çuğundururu və ya qamış şəkəri adlandırırlar. Saxaroza, həmçinin, bir çox meyvə və tərəvəzlərin tərkibinə daxildir. Saxarozanın molekulu α-qlükoza və β-fruktozanın qalıqlarından ibarətdir. Saxarozanın əmələ gəlməsində hər iki monosaxaridin qlikozid-OH qrupları iştirak edir və nəticədə qlükoza və fruktoza bir molekul su ayıraraq bir-birilə oksigen atomu vasitəsilə birləşir.