Bir çox insanlar Seylor Mun cizgi filminə xeyli sayda mahnılar yazıblar. Bu mahnıların bir çoxu məhz orijinal musiqilərin remiksidir. Bəstəkar Takanori Arisava film musiqilərinə görə bir neçə mükafatlara layiq görülmüşdür. 1998, 2000 və 2001-ci illərdə keçirilən JASRAC beynəlxalq mükafatlandırma mərasimlərində o, Seylor Mun filmi üçün bəstələdiyi musiqilərə görə bütün nominasiyalarda qalib oldu.