Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Suriya | |||||
---|---|---|---|---|---|
ərəb. سورية | |||||
| |||||
Tarixi | |||||
• Suriya Respublikası | 14 may 1930 | ||||
• Bəəs rejimi | 8 mart 1963 | ||||
• Suriya Konstitusiyası | 27 fevral 2012 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Dəməşq | ||||
İdarəetmə forması | Yarı prezident respublikası | ||||
Prezident | Müvəqqəti hökumət | ||||
Baş nazir | Məhəmməd əl-Bəşir | ||||
Sahəsi | Dünyada 87-ci | ||||
• Ümumi | 185,180 km² | ||||
• Su sahəsi (%) | 1.1% | ||||
Əhalisi | |||||
• Əhali | 22 mln nəfər (67-ci) | ||||
• Siyahıyaalma (2019) | 17,070,035 nəf. | ||||
• Sıxlıq | 118,3 nəf./km² (70-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 50.28 mln dollar | ||||
• Adambaşına | 2.900$ dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2014) | 24.6 mln dollar | ||||
• Adambaşına | 831$ dollar | ||||
İİİ (2018) | 0.549 (azalış; 157-ci) | ||||
Demonim | Suriyalı | ||||
Valyuta | Suriya funtu[3] | ||||
İnternet domeni | .sy | ||||
ISO kodu | SY | ||||
BOK kodu | SYR | ||||
Telefon kodu | +963 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Suriya Ərəb Respublikası (ərəb. اَلْجُمْهُورِيَّةُ الْعَرَبِيَّةُ السُّورِيَّةُ) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 22 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Əl-Laziqiyyə.
1963-cü ildən 2024-ə qədər ölkə Bəəs partiyası tərəfindən idarə edilib. 1970-ci ildən 2024-ə qədər dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı son prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşər Əsəd idi.[5] mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 mart 2011-ci ildə istefa verdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşşar əl-Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.[6][7][8]