Texnesium

43 molibdentexnesiumrutenium
Mn

Tc

Re
Ümumi
Ad, İşarə, Nömrə texnesium, Tc, 43
Qrup, Dövr, Blok 7, 5, d
Xarici görünüşü
Atom kütləsi 98 q/mol
Elektron formulu Kr 4d5 5s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 2157 °C
(2430 K, 3915 °F)
Qaynama temperaturu 4265 °C
(4538 K, 7709 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Texnesium (Tc) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 43-cü element. Radioaktivdir. Texnesium süni yolla alınmış ilk kimyəvi elementdir. 1937-ci ildə E.SerqeK.Perrye molibden atomunun nüvəsini neytronlarla bombardman edərək texnesiumu almışlar. Texnesiumun kütlə ədədləri 92-dən 108-ə qədər olan radioaktiv izotopu var. Ən əhəmiyyətli izotop 99Tc dir. Sabit izotopu yoxdur. Texnesium və ya onun birləşmələri oksigenlə reaksiyaya girdikdə suda həll ola bilən Tc²O⁷ və TcO², xlorflüorla reaksiyaya girdikdə TcHal⁶, TcHal⁵, TcHal⁴ tipli halogenidlər, bəzən də TcO³Hal tipli oksihalogenidlər əmələ gəlir (Burada Hal- Halogendir). Tc²O⁷-nin suda məhlulunu buxarlandırdıqda tünd-qırmızı kristallar şəklində pertexnetat turşusu HTcO⁴ alınır; onun duzlarına (Məs. KTcO⁴, CsTcO⁴) pertexnatatlar deyilir. Texnesium xlorid turşusu ilə reaksiyaya girmir, lakin oksidləşdirici turşularda - nitrat turşusunda, zərhəldə, qatı sulfat turşusunda, eləcə də Hidrogen peroksiddə həll olur. Molibden, sirkonium, niobium, titan, skandiumhafnium ilə ərintiləri alınmışdır. Tibbəczaçılıq araşdırmalarında, radiasiya mənbəyi olaraq istifadə edilir.



Texnesium

Dodaje.pl - Ogłoszenia lokalne