Tor | |
---|---|
Tipi | Gözlədici proqram, Kitabxana, Utilita, şəbəkə[d] |
Repozitoriya | gitlab.torproject.org/tp… |
Proqramlaşdırma dili | C[3][4], Python, Rust[5] |
Əməliyyat sistemi | Microsoft Windows[6], macOS[6], Android[7] |
İnterfeysin dili | çoxdilli[d] |
Yayımlanma tarixi | 20 sentyabr 2002[8] |
Sonuncu versiya | |
Sayt | torproject.org |
Vikianbarda əlaqəli mediafayllar |
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir[9]. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun.[10] Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır
Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur. Simvolların optik tanınması sistemlərində simvolların ölçülməsində və ya onların verilməsində tordan istifadə olunur.