Veksel

Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir.

Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır.

Bunun 2 növü mövcuddur:

a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir.

b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər.

Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar. Halbuki, inkişaf etməkdə olan ölkələrin pul tədavülündə maliyyə veksellərinin hesablaşma vasitəsi kimi əhəmiyyəti kifayət qədər yüksəkdir. Veksel, hər şeydən əvvəl, qanunla müəyyən edilmiş yazılı borc təəh- hüdü barədə (sadə veksel) pul sənədidir, hansının ki, əsasını kommersiya krediti təşkil edir. O, malların möhlətlə (kreditə) alqı-satqısında vekseldə göstərilmiş müəyyən pul məbləğinin əvvəlcədən razılaşdırılmış müddətdə və müəyyən olunmuş yerdə ödənişi barədə borclunun yazılı şərtsiz (qəti) borc öhdəliyi və yaxud kreditorun borcluya (ötürücü veksel – tratta) əmridir. Sadə və ya ötürücü veksellər ticarət sövdələşmələri əsasında meydana gələn kommersiya vekselinin, yəni borc öhdəliyinin dəyişmiş formalarıdır. Veksellərin meydana gəlməsi sələm, ticarət və bank kapitalının artması ilə əlaqədardır. İlk dəfə vekseldən XII–XIII əsrlərdə İtaliyada istifadə edilməyə başlanıldı. Əmtəə-pul münasibətlərinin inkişafı ilə veksel universal kredit-hesablaşma alətinə çevrildi. Vekselin əsas iqtisadi funksiyası — onun kredit aləti rolunda tətbiqidir. Vekseldən müxtəlif kredit öhdəliklərinin rəsmiləşdirilməsində, o cümlədən kommersiya krediti əsasında malın satın alınmasında istifadə edilir. Veksellər sonrakı növlərə bölünür. Bu növlərə aiddir: -sadə veksel — borclu tərəfindən verilir, borclunun (veksel verənin), müəyyən məbləğin göstərilən vaxtda ödənişi barədə yazdığı və imza etdiyi yazılı rəsmi borc təəhhüdüdür və ya borc öhdəliyidir. -ötürücü veksel (tratta) — kreditor tərəfindən yazılır və ona qaytarıl- maq şərti ilə borcluya imza üçün göndərilir, xarici ticarət əlaqələrində başlıca hesablaşma sənədlərindən biridir. Bu sənəd bir şəxsin başqa bir şəxsə yazılı qəti əmridir, hansı ki, təqdim edilərkən və təyin edilmiş vaxtda təqdim edənə və ya sənəddə göstərilmiş şəxsə müəyyən edilmiş məbləğdə pul verilir.[1][2] Həmin veksel borclu tərəfindən deyil, kreditor tərəfindən təsis və imza edilir və kreditorun (trassantın) borcluya (trassata), üçüncü şəxsə (remitentə) göstərilmiş vaxtda, tələb olunan müəyyən məbləğin ödənilməsi üçün verilən əmridir.[3] -təminatlı veksellər — real ticarət sövdələşmələrinə əsaslanır və kreditləşmənin kommersiya formasının inkişafının əsasını təşkil edir; -maliyyə vekselləri — real əsasa malik olmurlar və çox vaxt onları pul surroqatları kimi gözdən keçirirlər və bu növ veksellərdən borca müəyyən məbləğ pul verildikdə istifadə edilir; -xəzinə vekselləri — maliyyə vekselinin dəyişilmiş növü olan xəzinə vekselləri — dövlət tərəfindən büdcə xərclərini örtmək üçün buraxılan qısamüddətli hökumət qiymətli kağızıdır, hansının ki, fəaliyyət müddəti bir ildən artıq olmur, adətən 3–6 ay təşkil edir. Burada borclu kimi dövlət çıxış edir. Xəzinə vekselləri — pul bazarında hakim mövqe tutan və müntəzəm surətdə tədavülə daxil olan qısamüddətli dövlət kağızlarıdır. Maliyyə Nazirliyi büdcəyə əlavə maliyyə vəsaiti cəlb etmək üçün həmin vekselləri emissiya edir.[4] Onların əsas alıcıları kommersiya banklarıdır.[5][6] Broker və dilerlər xəzinə veksellərini hərracda alıb-sata bilərlər. Özəl investorlar xəzinə veksellərini anderrayterlər (sığorta işində — sığorta müqaviləsinin bağlanması və sığorta öhdəlikləri portfelinin formalaşdırıl- ması üçün məsul şəxs; bank işində — bazarda emitentə onun istiqrazlarının və ya səhm paketinin xüsusi mükafata görə razılaşdırılmış şərtlərlə yerləşdirilməsinə qarantiya verən şəxs və ya şirkət. Anderrayter – sığorta şirkətlərində və banklarda aparılan yüksək nüfuzlu maliyyə əməliyyatı növüdür) vasitəsilə alıb-sata bilər və ya bank hesabı açaraq, broker və liderin xidmətlərindən istifadə edərək ikinci bazarda alqı-satqını apara bilərlər. Qeyri-rezidentlər də xəzinə veksellərinə investisiya edə bilərlər. Həmin veksellərin satışı, onun nominal dəyərinin diskontu (veksellərin uçotu) ilə başa çatdırılır. Bu qiymətli kağızların azad pul bazarında alqı- satqısı pul-kredit siyasətinin əsasını təşkil edir. -dostluq vekselləri — bir şəxs tərəfindən digərinə, veksellərin son- radan banka uçota təqdim olunması yolu ilə bankdan vəsait almaq məq- sədilə, dostyana qarşılıqlı yazılan veksellərdir; Bu veksellər real kommersiya sövdələşməsi ilə əlaqəsi olmayan pulsuz borc öhdəlikləri kimi çıxış edir; tunc veksellər — real təminata malik olmayan və ya "şişirdilmiş" veksellərdir. Veksel sonrakı xarakterik xüsusiyyətlərə malikdir: mücərrədliyi, yəni sənəddə sövdələşmənin konkret növü, bununla birlikdə isə borcun yaranma mənbəyi barədə məlumat göstərilmir; şəksiz (mübahisəsiz) ödənilməsi (əks təqdirdə notarius tərəfindən protest (qəti etiraz) barədə akt tərtib edilərək icbari tədbirlər görülür); tədavül qabiliyyətliyi, yəni ödəniş vasitəsi kimi vekselin başqa kreditorlara, onun arxasında ötürücü qeydiyyat (jiro və ya indossament) edilməklə verilməsidir ki, bu da veksel öhdəliklərinin qarşılıqlı zaçotuna imkan verir. Vekselin tədavül məhdudiyyəti onların bank akseptləşdirilməsinin köməkliyilə aradan qaldırıldı. Veksel bank tərəfindən aksept edildikdə (akseptləşdirilmiş veksel), yəni onun ödənilməsinə razılıq olduqda tədiyyə təminatı daha da artır. Belə ki, bu cür veksellər iri banklar tərəfindən ödəniş qarantını alırlar. Lakin, buna baxmayaraq, vekseldən istifadənin müəyyən sərhədləri mövcuddur: birincisi, veksel yalnız topdansatış ticarətinə xidmət edir; ikincisi, hətta topdansatış ticarətində də qarşılıqlı tələblərin saldosu pulla ödənilir; üçüncüsü, veksel tədavülünə veksel verənin və indossantların tədiyyə qabiliyyətliyinə inanılmış şəxslərin dairəsi cəlb edilir. Vekseli başqasına verərkən veksel qanunvericiliyinin nəzərdə tutduğu bəzi rəsmiyyətlərə riayət etmək lazım gəlir. Vekselin arxa üzündə xüsusi təslim aktı (indossament) yazılır. Burada başlıca məqsəd, əvvəla, vekselin başqasına verilməsi, ikincisi, vekseli verən şəxsin, ondan sonra gələn bütün veksel sahiblərınin, ödəniş üçün verdikləri öhdəlikləri yerinə yetirmək məsuliyyətini öz üzərinə götürməsi faktını təsdiq etməkdir.[7] İndossant vekselin mətninə hər hansı bir şərti qeyd edə bilməz və ya məbləğin müəyyən hissəsini başqasına vermək ixtiyarına malik deyil. Rusiyada müxtəlif sferalarda xəzinə vekselləri ilə yanaşı kommersiya, bank vekselləri və onların başqa növləri fəaliyyət göstərir. Kommersiya vekseli malın girovu altında, bank vekselləri isə emitentbank tərəfindən, müştərinin depozitdə müəyyən məbləğ pulu olduğu təqdirdə verilir. Kommersiya vekselindən fərqli olaraq bank vekseli depozit formaya malikdir. Bank vekseli müəssisələr üçün yeni ödəniş vasitəsi kimi çıxış edir, hansı üzrə ki, bank ödənişə təminat verir. Həmin veksel əsasında müəssisə öz müştəriləri ilə hesablaşmalar aparmaq imkanı əldə etmiş olur. Ödəniş sənədlərinin kassa-hesablaşma mərkəzindən keçməsinin ləngidiyi bir şəraitdə bu cür veksellərdən istifadə edilməsi xüsusi aktuallıq kəsb edir. Ödəniş vasitəsi kimi veksel, təsərrüfat subyektləri arasında ödəməmələrin həcminin ixtisarına imkan yaratmaqla hüquqi və fiziki şəxslərin azad pul resurslarının cəlb olunması alətidir, kreditləşdirmədə girov obyektidir. Bununla belə, veksel tədavülünün öz sərhədləri var. Birincisi, vekselin tədavül müddəti məhduddur, ikincisi, veksel ilə əmək haqqının və digər müntəzəm gəlirlərin ödənişini həyata keçirmək olmaz, üçüncüsü, vekseldən bir neçə ödəniş əməliyyatlarında istifadə etmək mümkün deyil, dördüncüsü, veksel yalnız topdansatış ticarətə xidmət edir, beşincisi, veksel tədavülünə məhdud dairədə şəxslər cəlb edilir. Veksel tədavülünün yuxarıda qeyd olunan sərhədləri vekselə əsas pul funksiyalarını yerinə yetirmək imkanı vermir və deməli, ona pul kimi baxmaq olmaz. Veksel tədavülünün məhdud sərhədləri ümumi tədavül qabiliyyətinə malik olan veksellərin xüsusi növünün — banknotların meydana gəlməsinə səbəb oldu. Tamqiymətli pullar təsərrüfatın tədavül vasitələrinə artmaqda olan ehtiyacını təmin etmək imkanında deyildi, məhz buna görə də pulun yeni formasının — banknotun tətbiqinə ehtiyac yarandı. Banknotlar (bankların borc öhdəlikləri) xəzinə (dövlət) biletlərindən fərqli olaraq vaxtilə qızıla xırdalanırdı. Onlar məcburi kursa malik deyildirlər, lakin bazar kursu üzrə məcburi olaraq zərif metaldan kəsilmiş sikkələrə dəyişdirilirdi. Banknot tədavülü — veksel tədavülü baza- sında meydana gələn kredit pullarının inkişafının sonrakı mərhələsidir. Banknot – emissiya bankları tərəfindən buraxılan kağız pul nişanıdır, tamqiymətli pulların nümayəndəsi, tədavülün başlıca kredit alətidir. Müasir banknotlar veksellərin yenidən uçotu, müxtəlif kredit təşkilatlarının və dövlətin kreditləşdirilməsi yolu ilə mərkəzi bank tərəfindən buraxılır. Banknotların — kredit pullarının bu növünün — tədavülə buraxılışı və onların dövriyyədən geri götürülməsi dövlət tərəfindən xərclərin həyata keçirilməsi və gəlirlərin alınması gedişatında yox, təsərrüfat prosesləri ilə əlaqədar yerinə yetirilən kredit əməliyyatları əsasında aparılır.

  1. "Ancient Roman IOUs Found Beneath Bloomberg's New London HQ". 2016-06-01. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
  2. "Ancient letters reveal daily life, trade and debts in Roman London". Mail Online. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
  3. Marco Polo. The Travels of Marco Polo, a Venetian, in the Thirteenth Century: Being a Description, by that Early Traveller, of Remarkable Places and Things, in the Eastern Parts of the World. 1818. 353–355. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2012.
  4. William N. Goetzmann; K. Geert Rouwenhorst. The Origins of Value: The Financial Innovations that Created Modern Capital Markets. Oxford University Press. 2005. səh. 68. ISBN 978-0-19-517571-4.
  5. "Templar Order". Religion Past and Present.
  6. 1966-, Martin, Sean,. The Knights Templar : the history and myths of the legendary military order (1st Thunder's Mouth Press). New York: Thunder's Mouth Press. 2004. ISBN 1560256451. OCLC 57175151.
  7. "La primera Letra de Cambio". 13 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2014.

Veksel

Dodaje.pl - Ogłoszenia lokalne