Zaman

Qum saatı

Zaman və ya vaxtfizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır.

Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur.

Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günüulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil. Buradakı fərq keçid saniyəsi ilə təyin edilir. Bu problem müxtəlif zaman şkalalarının yaranmasına gətirib çıxarmışdır:

  • Efemerid zamanı (1960), Yerin fırlanmasındakı qeyri-bərabərliyi tənzimləmək üçün,
  • TDT (Yer Dinamik Vaxtı, "Yer-Atom zamanı") dinamik zaman olub 1984-cü ildən tətbiq olunur. O, Sİ sistemi üçün baza rolunu oynayır;
  • TCB (Barisentrik Koordinat Vaxtı), Günəş sisteminin ağırlıq mərkəzinin məxsusi zamanı.
  • Geosentrik Koordinat Vaxtı (TCG), yer kürəsinin mərkəzinin məxsusi zamanı.

Zaman

Dodaje.pl - Ogłoszenia lokalne