Aerogel (Latın dili. aer – hava, gelatus – donmuş) – maye halı tamamilə qaz halı ilə əvəzolunmuş, gel şəklində materiallar sinfi. Bu tip materiallar möhkəmlik, şəffaflıq, istiyədavamlılıq, olduqca aşağı istilikkeçiriliciklə yanaşı, rekord aşağı sıxlıq xassəsinə malikdirlər. Amorf silisium oksid, silisium, alüminium oksid və həmçinin xrom oksid əsasında olan Aerogellər mövcuddur. 1990-cı illərin əvvəllərində karbon əsasında olan aerogelin ilk nümunələri əldə edilmişdir.