Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Almaqurdu

Almaqurdu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Almaqurdu
Beynəlxalq elmi adı

Almaqurdu (lat. Cydia pomonella) — yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aid kəpənək.

Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100–150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1–2 meyvəni zədələyir.


Previous Page Next Page