Alpinizm

Alpinizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alpinizm — dağlara dırmanmanı əhatə edən qeyri-olimpiya idman növüdür. Alpinizm eyni zamanda aktiv istirahəti əhatə edir.

18–19-cu əsrlərdə avropalı (ingilis və fransızlar başda olmaq üzrə) zənginlərin boş zamanlarını qiymətləndirmə və həyatlarının təkrarlananlarını yeni macəralarla bəzəmə axtarışı alpinizmin meydana gəlməsinə səbəb oldu. Bu idman növü XX əsrin əvvəllərindən digər xalqların da diqqətini çəkmişdır. Beynəlxalq bir idman halına gəlməsi isə, 1931-ci ildə, mərkəzi Cenevredə olan Beynəlxalq Alpinistlər Birliyinın qurulması ilə mümkün olmuşdur. Sonrakı illərdə, müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açmışdır.

Müasir dövrdə ən çox rəğbət görən təbiət idmanlarından biri olsa da, bu idmana əlavə oluna biləcək yeniliklərin azalması, yeni nəsillərin yeni təbiət idmanlarına daha çox maraq duyması səbəbi ilə, XX əsrin əvvəllərindəki məşhurluğunu itirməyə başlamışdır.

Hər il 8 avqustda bütün dünya Beynəlxalq alpinizm gününü qeyd edir. Yeni zirvələrə biganə qalmayan hər bir kəsin qeyd etdiyi bu bayram iki nəfərin – həkim Mişel Qabriel Pakkard (Michel Gabriel Paccard) və dağ bələdçisi Jak Balmatın (Jacques Balmat) sayəsində yaranmışdır. 1786-cı il məhz avqustun 8-də onlar Alp dağlarının ən yüksək nöqtəsi olan Monblan zirvəsinə uğurla qalxdılar. Bunlardan əvvəl "Avropanın hündür qütbü" kimi tanınan zirvəyə qalxmaq cəhdləri nəticəsiz olmuşdur.


Alpinizm

Dodaje.pl - Ogłoszenia lokalne