Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Antikommunizm ya da kommunizm düşmənliyi — kapitalist düşüncələrə qarşı olan və əksinin reallaşa biləcəyini təklif edən kommunizm düşüncəsinə qarşı olaraq, kommunist sistem və düşüncələrin yayılmasına mane olmağa verilən ad. Bununla bərabər Marksist-leninist siyasətin XX əsrdə dünyada söz sahibi olmasından sonra, bu siyasətə qarşı olan düşüncələrin cəminə deyilən termindir. Başlanğıcı fikirsəl olaraq Karl Marks və Fridrix Engelsin kommunizm ilə əlaqəli düşüncələrini açıqladığı dövr olsa da, əsas olaraq, Rusiya Sovet Federativ Sosialist Respublikasının və yeni sistem axtarışında olan Asiya dövlətlərinin işğalı ilə, 1917–1922-ci illər aralığında qurulan Sovet İttifaqı dövründə təşəkkül etmişdir. İkinci Dünya müharibəsindən əvvəl və müharibə dövründə Adolf Hitler, Benito Mussolini kimi millətçi liderlər anti-kommunist siyasət yürütmüş, müharibədən sonra isə ABŞ bu siyasəti davam etdirmiş, NATO-nun qurulmasında əsas rol oynamış, bütün dünya ölkələrində anti-komunist fəaliyyətlərə dəstək vermişdir. Bu hadisələrdən sonra sosialist ölkələr də Varşava paktı adlı hərbi və siyasi birlik yaratmışdılar. Anti-kommunist siyasət Avropada hələ də zəif də olsa davam etməkdədir. Məsələn Avropa Şurası Parlament Assambleyası 25 yanvar, 2006-cı ildəki iclasında "totalitar kommunist rejimləri qınadığını" açıqlamışdır. Bununla bərabər Avropa Parlamenti 2000-ci ilin, 23 avqustunda "XX əsr nasist və kommunist günahlar üçün Avropa miqyasında anma günü" təyin olunmasını təklif etmişdi.