Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Antipapa

Antipapa - Katolik kilsəsinin qanuni hesab etmədiyi Roma papası. Orta əsrlərin bəzi dövrlərində papa taxtında eyni zamanda bir-biri ilə ədavət aparan bir neçə papa otururdu; bunlar müxtəlif kilsə və dünyəvi dairələrin nümayəndələri idi. Sonradan yalnız biri qanuni sayılır, qalanları isə Antipapa elan edilirdi. Rəsmi kilsə Antipapaları tanımasa da, onların mövcudluğu ilə hesablaşmağa məcubur idi və illik rəsmi məlumat kitablarında pontifiklər siyahısı verilərkən, onların da adları göstərilirdi. Katolik kilsəsinin tərtib etdiyi həmin papalar siyahısında 30-dan çox Antipapa adı mövcuddur; onların birincisi - müqəddəs İppolit (217-235), sonuncusu V Feliks (1436-1449) olmuşdur. [1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 549. ISBN 978-9952-441-02-4.

Previous Page Next Page






Teenpous AF Gegenpapst ALS البابا المزيف Arabic Antipapa AST Антыпапа BE Антипапа Bulgarian Eneppab BR Antipapa Catalan Vzdoropapež Czech Gwrth-bab CY

Responsive image

Responsive image