Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Apatiya

Apatiya

Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması (çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur). Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq, ruhi soyuqqanlıq, hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.

Aşkardır ki, stoiklərə Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır.


Previous Page Next Page






لا مبالاة Arabic Angoms BAT-SMG Апатыя BE Апатия Bulgarian Apatija BS Апати BXR Apatia Catalan Apatie Czech Apati Danish Apathie German

Responsive image

Responsive image