Avstromarksizm — XX əsrin əvvəllərində Avstriya Sosial-Demokrat Partiyasında yaranmış cərəyan. Liderləri Otto Bauer, Karl Renner, Maks Adler, Fridrix Adler və başqalarıdır. Neokantçılıqla marksizmin bir növ birləşməsi olan avstromarksizm mədəni-milli muxtariyyət nəzəriyyəsini də irəli sürmüşdür.[1]
Bu cərəyan millilik və milliyətçilik nəzəriyyəsi, onu imperiya kontekstində sosializmlə barışdırmaq cəhdinə görə tanınır.[2]