Brend

Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər.[1] Brend həmçinin aşağıdakılar deməkdir:

  1. vəzifəsi və fərdi atributları: adı, loqotipşirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi).
  2. obraz, imic, şirkətin reputasiyası və s.

"brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər.[2]

  1. "Arxivlənmiş surət". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  2. Strategic Brand Management", 3rd edition, Kevin Lane Keller

Brend

Dodaje.pl - Ogłoszenia lokalne