Concu | |
---|---|
Hanqıl : 전주시 | |
![]() | |
35°49′19″ şm. e. 127°08′56″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Honam |
Başçı | Kim Sınq Su (김승수) |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 757 |
Sahəsi | 206.22 km² |
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | UTC+09:00 |
Əhalisi | |
Əhalisi | 652,392 nəfər |
Sıxlığı | 3,163.6 nəf./km² |
Rəsmi dili | Koreya dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +82 63 |
Poçt indeksi | 560011–561870 |
Digər | |
jeonju.go.kr Şablon:Ref-Koreya dili | |
![]() |
Concu (Hanqıl:전주) Cənubi Koreyanın ən böyük 16 Şəhərindən biri olub, Şimali Colla vilayətinin mərkəzidir. Bura həm şəhər həm də kənd kimi tanınır. Concu adının hərfi mənası "Mükəmməl bölgə" ( Hanca: 全 (전;con)- mükəmməl, 州 (주;cu)- bölgə) deməkdir. Bura Koreyanın milli yeməklərinə, tarixi binalarına, idman fəaliyyətlərinə, yaradıcı festivallarına görə əsas turizm məzkəzi hesab olunur.
2012-ci il may ayında, UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"-nin bir hissəsi olaraq Concu qastronomiya sahəsində "Yaradıcı Şəhər" olaraq seçilib. Bu şərəflə şəhərin min illərdir nəsildən nəsilə ötürülən ənənəvi ev yeməkləri, fəal ictimai və özəl qida araşdırmaları, istedadlı aşpazları yetişdirmək sistemi və fərqli yemək festivallarına ev sahibliyi etməsi qiymətləndirilir.