Karnian Yuxarı Trias dövrünün ən aşağı mərhələsidir (və ya Son Trias Epoxasının ən erkən mərhələsi.). 237 ilə 227 milyon il əvvələ (Ma)[1] adi dövrü əhatə edir. Karniandan əvvəl Ladiniyan dövrü və sonrasında Noriyan dövrü gəlir. Onun sərhədləri böyük məhv olmalar və ya biotik çevrilmələr(dəyişmələr) ilə xarakterizə olunmur, lakin bu geoloji dövr ərzində baş vermiş bir iqlim hadisəsinin (planetar miqyaslı böyük yağışlarla səciyyələnən və bu hadisə Karnian pluvial epizodu kimi tanınır) mühüm kütləvi məhv olmalar və biotik dəyişikliklərə gətirib çıxardığı qənaətinə gəlinmişdir. Karniyan-Noriyan dövrləri sərhəddində başqa bir kütləvi yox olma hadisəsi baş verdi və bu yox olma ilə Karniyan dövrü bitir.