Kornlar | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Kornlar,[1] korntslar[2] və ya kornuollular (korn Kernowyon, anqlosaks. Cornƿīelisċ, ing. Cornish)— Kornuollda tarixən məskunlaşmış xalq, Birləşmiş Krallıqda tanınmış milli azlıq.[3] Kornuoll sakinləri özlərini ingilislərdən ayırırlar, lakin Birləşmiş Krallığın digər kelt bölgələrinin sakinləri, ilk növbədə Uels, eləcə də Avropanın kelt xalqları ilə çox oxşar cəhətlərə malikdirlər. Bəzi mütəxəssislərə görə, kornlar Böyük Britaniyanın ayrı etnik qrupudur, Roma işğalından əvvəl adanın cənub və mərkəzi bölgələrində məskunlaşmış qədim britlərdəndir.