Manhua (çin: 漫畫, sadə heroqlif. 漫画, pinyin: Mànhuà) — Çin komiksləri. Bu ad altında Çində (Tayvan və Honkonq daxil olmaqla) nəşr olunmuş bütün komikslər nəzərdə tutulur, bura çin dilinə tərcümə olunmuş yapon manqaları da daxildir.[1] Çinin quru hissəsində manhuanın istehsalının əhəmiyyətli inkişafına baxmayaraq, hələ də komikslərin böyük hissəsi Tayvan və Honkonqda nəşr olunur. Hesab edilir ki, manhuanın ilk müəllifi Tomas Çudur (Tomasu Chew).[2]