Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Mikalar

Mikalar
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar  - adi mikalar  (X-K, Na) və kövrək mikalar (X-Ca) bölünür. Dioktaedrik mikalar muskovit, paraqonit və qlaukoniti; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu [310] olan «mika qanunu» üzrə. Ayrılma {001} üzrə olduğca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir. Mikalar hamısı endogen şəraitdə əmələ gəlir. Sənaye əhəmiyyətli muskovit qranit peqmatitlərində kristallaşır, floqopit genetik olaraq ultraəsasi və qələvi süxurlarla əlaqədardır və həmçinin maqneziumlu karbonat süxurların alümosilikatlarla təmas zonasında əmələ gəlir. Mikalar üçün elektrikə, oda, kimyəvi və mexaniki təsirə yüksək davamlılıq, elastiklik və asanlıqla əyilmə səciyyəvidir. Mikalar praktiki əhəmiyyəti vardır, başlıca olaraq iri kristallik muskovit və floqopit elektroizolyator materiyalı kimi xüsusilə qiymətlidir. Vərəqəli mikalar kondensator və radiolampa və b. məmulat­ların hazırlanmasında izolyator kimi istifadə edilir. Mikalar sənaye tullantılarından «slüdinit» və «slüdoplast», həmçinin mikaleks hazırlanmasında, ruberoid, divar kağızı, perqamin istehsalında, biotitdən isə maşınlar üçün quru sürtkü materialı kimi istifadə olunur.


Previous Page Next Page






ميكا (معدن) Arabic Mica AST Слюды BE Лушчак BE-X-OLD Слюди Bulgarian অভ্র Bengali/Bangla Mica Catalan Óova'e CHY Slída Czech Glimmer Danish

Responsive image

Responsive image