PostgreSQL | |
---|---|
Tipi | relyasiyalı verilənlərin idarəolunması sistemi |
Repozitoriya | git.postgresql.org/gitwe… |
Proqramlaşdırma dili | C[2][3] |
Əməliyyat sistemi | FreeBSD[4], OpenBSD[4], Linux[4], macOS[4], Solaris[4], Microsoft Windows[4], Unix bənzəri |
Yayımlanma tarixi | 1996 |
Sonuncu versiya |
|
Sayt | postgresql.org |
Vikianbarda əlaqəli mediafayllar |
PostgreSQL (/ˈpoʊstɡrɛs ˌkjuː ˈɛl/, POHST-gres kyoo el)[5][6] — genişlənəbilmə və SQL uyğunluğunu vurğulayan azad və açıq mənbəli relyasiyalı verilənlər bazası idarəetmə sistemi (RDBMS). Berkli Kaliforniya Universitetində hazırlanmış Ingres verilənlər bazasının davamçısı olaraq POSTGRES adlandırılıb.[7][8] 1996-cı ildə layihə SQL dəstəyini əks etdirmək üçün PostgreSQL olaraq adlandırıldı. 2007-ci ildə tərtibatçılar ad olaraq PostgreSQL, ləqəb olaraq isə Postgres istifadə etməyə qərar verdi.[9]
PostgreSQL atomiklik, ardıcıllıq, izolyasiya, davamlılıq (ACID) xüsusiyyətləri, avtomatik yenilənən nəticələr, materiallaşdırılmış nəticələr, triggerlər, xarici açarlar və saxlanılan prosedurlarla əməliyyatlar edir.[10] O şəxsi istifadədən tutmuş verilənlər xəzinəsinə və ya çoxlu eynianlı istifadəçisi olan veb xidmətlərə qədər bir sıra iş yükünü idarə etmək üçün nəzərdə tutulub. Postgres macOS Server üçün standart verilənlər bazasıdır.[11][12][13][14] Eyni zamanda Linux, FreeBSD, OpenBSD və Windows üçün də mövcuddur.
Web Hosting [..] PostgreSQL