Qədim Roma tarixi | ||
Dövrlər | ||
Roma çarlığı | ||
Roma Respublikası | ||
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | ||
| ||
Respublika konstitusiyası | ||
| ||
Magistratlar | ||
| ||
Fövqəladə magistratlar | ||
| ||
Titullar | ||
| ||
Sülalələr | ||
| ||
Əhali, inzibati və sosial tərkib | ||
| ||
Qədim Romada hüquq | ||
| ||
Qladiator (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.[1]) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi.
Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da.
Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir.[1] Oyunun kütlə tərəfindən sevilməsi oyunlara daha çox pullar xərclənməsinə gətirib çıxarırdı.
Oyun öz pik nöqtəsinə e.ə. I və eramızın II ikinci əsrləri arasında çatıb. Roma İmperiyasının böhran yaşadığı dövrdə belə oyun öz əhəmiyyətini qoruyub saxlamışdır. Xristian imperatorları qladiator döyüşlərini eramızın V əsrinədək mühafizə etmişlər. Bundan sonra qladiator oyunları rəsmi olaraq təşkil edilməyib.