Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Qrammatika

Qrammatika — yunan sözüdür. Dili bütün sahələri ilə ələ alıb, araşdıran elmin adıdır. Ərəb dilində sərfnəhv olaraq tanınan bu elm, qərb dillərində qrammatika olaraq adlandırılır. Bir dili səslərdən cümlələrə qədər, ehtiva etdiyi bütün komponentləri ilə, geniş bir şəkildə araşdıran elmə qrammatika deyilir. Qrammatika digər bir çox qaydanın əksinə müəyyən bir qrup tərəfindən hazırlanmayıb, o dili istifadə edən insanların zaman keçdikcə lazımlı qaydaları yaratmalarından və ya mövcud olan qaydaları dilin inkişafına dəyişdirmələrindən meydana gəlib.

Qrammatika sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.


Previous Page Next Page






Grammatika AF Grammatik ALS ሰዋስው AM Gramatica AN قواعد لغة Arabic ܩܢܘܢܐ ܕܠܥܙܐ ARC قواعد لغة ARY ব্যাকৰণ AS Gramática AST Грамматика AV

Responsive image

Responsive image