Santa-Klaus | |
---|---|
ing. Santa Claus | |
Yaradan | Şəhər folkoru |
Məlumat | |
Növü | insan |
Cinsi | kişi |
Peşə | Milad hədiyyələri bağışlamaq |
Tanınmış digəri | Şaxta Baba |
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj.[1]
Müasir qırmızı geyimli, gülərüz Santa 1930-cu illərdə illüstrator Heddon Sandblom (Haddon Sundblom) tərəfindən soft içki Koka-Kolanın reklam plakatı üçün dizayn edilib.[2]
Santa özünü yaxşı aparan uşaqlara milad ərəfəsində hədiyyələr paylayan ağsaqqal kimi təsvir olunur.[3][4] O, Şimal qütbündə arvadı xanım Klaus və elfəri ilə birgə yaşamaqdadır. İkisinin işlətdiyi oyuncaq emalatxanası var - onlar orada yaşıl geyimli cırtdanabənzər elfərin köməyilə əsasən oyuncaqlar istehsal edirlər. Amerikalılar Santanın Alyaskada, avropalılar isə onun Laplandiyada yaşadığına inanır. Santa, maralı Rudolfun (Rudolph) başçılıq etdiyi sehrli kirşəsində uçur. Rudolf da daxil olmaqla 9 şimal maralı var: Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Blitzen, Donner. Milad gecəsində uşaqlar Santaya peçenye və süd, onun maralları üçün isə yerkökü qoyub yatmağa gedirlər.
Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir.
Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.