Sidiklik | |
---|---|
![]() 1. İfrazat sistemi: 2. Böyrəklər, 3. Böyrək ləyəni, 4. Sidik axarları, 5. Sidiklik, 6. Sidik kanalı, 7. Böyrəküstü vəzi Damarlar: 8. Böyrək arteriyası və Böyrək venası, 9. Aşağı boş vena, 10. Qarın aortası, 11. Ümumi qalça arteriyası and Ümumi qalça venası | |
![]() Sidikliyin quruluşu | |
Latınca | Vesica urinaria |
Yunanca | Cystis |
Qrey | subyekt 28 1227 |
Sistem | İfrazat |
Vena |
lat. plexus venosus vesiculis lat. venae vesicales |
Sinir | lat. plexus vesicalis inferior |
Limfa | qalça limfa düyünləri |
Embrional | Urogenital sinus |
MeSH | Bladder |
Dorlands/Elsevier | Urinary bladder |
![]() |
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyası daşıyır və sidiyin toplanmasını təmin edir. Kiçik çanaqda kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında, qadınlarda isə qasıq bitişməsi ilə uşaqlıq (anatomiya) və uşaqlıq yolunun arasında yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı və arxaya baxan dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki-ön və arxa səthi, iki- sağ və sol kənarı vardır. Ön səthi qasıq birləşməsinə və arxa səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır. Sidikliyin dibi konus şəklində daralır və sidiklik boynu — lat. cervix vesicae adlanır. Buradan sidik kanalının daxili dəliyi -lat. ostium urethrae internum başlayır. Sidikliyin hündürlüyü 13-15 sm və ən böyük köndələn diametri 10-11sm-ə bərabərdir; tutumu kişilərdə 750 sm³ və qadınlarda 650 sm³, bəzi şəxslərdə bir litrə qədər olur; patoloji hallarda isə daha da artıqdır. Kişilərdə sidiklik armud formasında olur. Qadınlarda isə sidiklik dal tərəfdən uşaqlıqla basıldığı üçün yastılaşır, eni kişilərinkindən bir qədər artıq olur, yan tərəflərində lat. recessus lateralis adlanan ciblər əmələ gəlir.