Spartak | |
---|---|
lat. Spartacus yun. Σπάρταϰος | |
Doğum yeri | |
Vəfat tarixi | aprel e.ə. 71[1] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Atası | bilinmir |
Anası | bilinmir |
Fəaliyyəti | Qladiator, hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Spartak (lat. Spartacus; Trakiya[2] – aprel e.ə. 71[1]) — Qədim Romada qulların ən böyük üsyanının (e.ə. 73 və ya 74-71) başçısı. Mənşəcə frakiyalı idi. Romalılar Spartakı əsir almış və qladiator məktəbinə vermişdilər. E.ə. 74 ildə Kapuya şəhərində qladiator məktəbində Spartakın rəhbərliyi ilə başlanmış üsyana bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. O, e.ə 109-cu ildə doğulmuşdur. E.ə 71-ci ildə romalılar tərəfindən öldürülmüşdür.(38 yaşında)