Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Stetoskop

İlk stetoskoplar.
Stetofonendoskop

Stetoskop (q.yun. στηθοσκόπιο, στῆθος döş + σκοπή "müayinə")

Bir dəfə 1816-cı ildə Parisdə gəzinti zamanı fransız həkim Rene Laennekin (1781-1826) diqqətini bir-biri ilə oynayan iki uşaq cəlb edir. onlardan biri ağac çubuğun bir tərəfini qulağına dirəmişdi, digəri isə çubuğun o biri tərəfini taqqıldadırdı. Uşaqların oyununu müşahidə edən alim bu vasitə ilə səsin daha yaxşı ötürüldüyünə əmin oldu. Laennek kağız vərəqi boru şəklində bükərək açılmasın deyə onu lentlə bağladı. Kağız borunun bir tərəfini xəstənin sinəsinə, digər tərəfini isə öz qulağına dirədi. Bu yolla o, xəstənin ürək döyüntüsünü açıq-aydın eşitməyə başladı. Lennek öz ixtirasını "stetoskop" adlandırdı ki, bu da yunancadan tərcümədə "döş qəfəsi" anlamını verir. Sonralar Laennekin ixtirası təkmilləşdirilərək müasir həkimlərin geniş istifadə etdiyi fonendoskopun yaradılmasına imkan verdi.


Previous Page Next Page