Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Surdokorluq

Surdokorlar və Merilendden olan könüllülər NASA Uçuş Mərkəzində

Surdokorluq - eşitmə və görmə qabiliyyətinin hər ikisinin anadangəlmə olmaması və ya sonradan itirilməsidir. Xüsusi təlim görməyən kar-kor uşaqlar zehni olaraq inkişaf etmirlər.[1] Belə uşaqlar, hətta, cəmiyyətdə özlərini idarə etmək bacarıqlarına da yiyələnə bilmirlər. Bununla belə, bu uşaqlar xüsusi təhsil prosesində həyata keçirilən hərtərəfli inkişaf imkanına malikdirlər. Surdokorluq halında başqaları ilə ünsiyyət daktil-kontakt nitqindən istifadə etməklə həyata keçirilir. Klaviayturaları olan eletaktorlardan da kar-korlarla ünsiyyət qurmaq üçün istifadə olunur. SSRİ-də (Sergeev Posadda) kar-korlar üçün bir müəssisə təşkil edilmişdi. Burada onlar lazımi bilik və iş bacarıqlarını əldə edirlər. 20-ci əsrin əvvəllərində ali təhsil almış və fəlsəfə doktoru adını qazanmış Helen Keller (ABŞ), sovet psixoloqu və yazıçısı O. İ. Skoroxodova, psixoloq və müəllim A. V. Suvorov və "Elvira" kar-korlara sosial dəstək cəmiyyətinin prezidenti S. A. Sirotkin, həmçinin Laura Bridgman və Alice Betteridge de kar-korlara aid idilər.[2] Surdokorluğa aid edilən uşaqlar uzun müddət həm Rusiyada, həm də digər ölkələrdə tədrisə yararsız hesab olunurdular. Lyudmila Nikolaevna Rostomaşvilinin və onun tələbələrinin bu sahə də həyata keçirdikləri tədbirlər sayəsində bu vəziyyət dəyişdirildi. Sergiev Posadda patologiyası olan uşaqlar üçün müəssisədə uzun illər aparılmış tədqiqatları irəli sürdü.[3] Onun fikirlərinə əsasən sadə və təkrarlanan məşqlərin həyata keçirilməsi uşaqların şüurunda iz qoyur, onlarda mexanizmi gücləndirir. Nəticə də həmin şəxslərin həyat keyfiyyəti yaxşılaşır. Professor Rostomaşvili L.N. kar-kor uşaqlar üçün adaptiv bədən tərbiyəsi sahəsində mütəxəssislər yetişdirən məktəb yaratdı. Hal-hazırda "karlıq, korluq və lallıq" termini əvəzinə, " Surdokorluq" termini istifadə olunur. Bunun səbəbi isə nitqin bərpa edilə bilməsidir.[4]

  1. "Causes of Color Vision Deficiency | National Eye Institute". www.nei.nih.gov. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  2. Reference, Genetics Home. "Color vision deficiency". Genetics Home Reference (ingilis). 2020-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
  3. "Facts About Color Blindness". NEI. 2015-02. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
  4. Gordon N. Colour blindness // Public Health . 112. № 2. — 1998. mart. — 81—4. doi:10.1038/sj.ph.1900446. PMID 9581449.

Previous Page Next Page