Sutenyor (fr. Souteneur, hərf. himayəçi) və ya oğraş,[1] həmçinin jarqonda paparoza (kişi) və ya mamaroza (qadın)[2] — fahişəliyi təşkil edən və fahişələrin fəaliyyətinə nəzarət edən, onların müdafiəsini təmin edən və bundan gəlir əldə edən şəxs.[3]
Sutenyor başqalarını fahişəliklə məşğul olmağa cəlb edir, reklam təşkil edir, təhlükəsizlik və qəyyumluq, rəqiblərdən, hüquq-mühafizə orqanlarından və aqressiv müştərilərdən müdafiəni təmin edir, münaqişələri həll edir və fahişəlik üçün otaqlar təqdim edir. Ehtimal olunur ki, sutenyorlar tez-tez nəzarəti altında olan fahişələrlə münasibət qururlar. Onlar adətən öz nəzarətlərindəki fahişələrin pullarını alır və onlara zorakılıq törədirlər.[4]