Tatarlar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | tatar dili |
Dini | İslam (sünni) və xristian (pravoslav) azlıq, və şiə azlıq[1] |
Mənşəyi | Qıpcaq (türk) |
Vikianbarda əlaqəli mediafayllar |
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri.
Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır.
Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir.
Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar.