Tokoferol

vitamin E (Tokoferol)

Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub döldaşıyan mənasını verir.

Tokoferolların əsas mənbəyi bitki mənşəli: zeytun, günəbaxan, qarğıdalı, pambıq yağıdır. Qeyd etmək lazımdır ki,vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. İnsanın E vitamininə olan gündəlik təlabatı 15 mq-dır. Tokoferollar canlı hüceyrədə baş verən sərbəst radikal reaksiyanın sürətini azaldır. Bununla da bioloji membranlardakı doymamış lipidlərdə baş verən oksidləşmə reaksiyasına mane olur. Vitamin E əsasən sonsuzluğun, vaxtından əvvəl hamiləliyin pozulması,qaraciyər xəstəliklərində istifadə olunur. Yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanması, dəri və toxumaların adi metobolik proseslərin səbəb olduğu zədələnmələrdən qorunmasında vacib rol oynayr. Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəlif kimyəvi və mexaniki təsirlər insan orqanizminə və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq müdafiəyə ehtiyacı var. Bu müdafiə isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar zəifləməyib öz funksiyasını normal icra edə bilsinlər. Ümumi fenomen olan fotoqocalma günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndirir. Ultrabənövşəyi şüalar sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələr də ultrabənövşəyi şüaların təsirindən məhv ola bilirlər. Sərbəst radikallar yüksək reaksiyalı qabiliyyətə malikdirlər. Onların məhvedici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar DNK, zülal və digər vacib molekulları zədələmədən sərbəst radikalların qarşısını ala bilirlər. Lakin ultrabənövşəyi şüalanmanının dozası artdıqca antioksidant müdafiə zəifləyir və bu antioksidant müdafiə sistemi daha az sərbəst radikalı bağlama gücünə malik olur. Bu sərbəst radikallar isə toxumaların müxtəlif zədələnməsinə, DNK və zülalların modifikasiyasına gətirib çıxara bilərlər. Bu tip zədələnmə vaxtından əvvəl qocalmaya və hətta daha ciddi dəri problemlərinə səbəb ola bilir(dəri xərçəngi). Məhz bu səbəbdən bir çox insanların seçdiyi səhv qida rasionu, müxtəlif pəhrizlər və qeyri stabil qidalanma gələcəkdə bir çox xəstəlik və zədələnmələrə səbəb olur. Buna görə, hər bir insan ən əsası normal qidalanma, günəşin çox qızmar vaxtında günəş altında olmamaq və sağlamlığının qorunması üçün bir çox digər qaydalara əməl etməlidir. E vitamini həmçinin iltihabəleyhi effektinə malikdir. Bu səbəbdən bir çox kosmetik vasitələrin tərkibində bu maddə istifadə olunur. Bu vitaminə olan ehtiyacı qida məhsullarından əldə etmək daha məsləhətli olduğundan sizə E vitamini ilə zəngin olan məhsulların bir neçəsinin adını təqdim edirik: Buğda, buğda yağı, taxıl, rafinə olunmamış bitki yağı, qoz, tum, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, balıq və ümumilikdə bütün dəniz məhsulları.


Tokoferol

Dodaje.pl - Ogłoszenia lokalne