Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Xiton

Dorik üslubunda hazırlanmış xiton

Xiton (qədim yunan dilində: χιτών) - qədim Yunanıstanda kişilərinqadınların istifadə etdikləri geyim.[1] Adətən kətandan və ya yundan, daha sonralar pambıqdan və bəzən ipəkdən hazırlanırdı. Xiton müxtəlif ölçülü parçalardan ibarət idi. Xiton bədənin ətrafına sarılır, heç bir qayçı və ya iynədən istifadə olunmurdu.

Qədim Yunanıstanda xiton bir-birindən fərqlənən iki formada:dorik və ionik üslubunda hazırlanırdı. Dorik üslubunda xiton yun parçadan hazırlanırdı, sadə və qolsuz olurdu. Bədənin sol tərəfindən qatlanır və sağ çiyin üzərində bağlanırdı. Xiton elə bir şəkildə geyilirdi ki, bir tərəfində bir qat var idi, digər tərəfi açıq qalırdı. Qədim Yunanıstanda qadınlar da xiton geyirdilər. Ancaq qadınlar həmişə onları ayaq biləyinə qədər geyirdilər. Qadınlar üçün nəzərdə tutulan xitonda bədənin sağ tərəfində bud dibindən aşağı hissə açıq saxlanılırdı. Ayaqların üstünü örtən xitonu uzatmaq və ya gödəltmək məqsədilə qadınlar bel hissəsini kəmərlə bağlayırdılar. Qədim Yunanıstanda kişilər, adətən, qadınlar kimi xitonu ayaq biləyinə qədər geyinən keşişlər, yaşlı kişilər və lirik oyunçular istisna olmaqla, dizlərinə qədər geyirdilər.

İonik üslubunda xiton kətan parçadan hazırlanırdı, hər iki çiyin üzərində və ya yalnız sol çiyində dayana bilirdi, başdan bədənə keçirilirdi və çuval kimi bağlanırdı. Bu paltar incə və daha bahalı idi.

Soyuq küləklər tanrisi Boreas Küləklər qülləsində uzun qollu xitonla təsvir edilmişdir
  1. Lajo Pérez, Rosina (1990). Léxico de arte. Madrid: Akal. p. 114. ISBN 978-84-460-0924-5.

Previous Page Next Page






خيتون (لباس) Arabic Хітон BE Хитон Bulgarian Hitoni BS Quitó Catalan Chiton Czech Chiton Danish Chiton German Χιτών Greek Chiton (garment) English

Responsive image

Responsive image