Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.
Yarsanizm
Yarsanizm, Əhli-haqq və ya Kakayi[1] (kürd.یارسان, kürd.ئەهلی حەق;[2][3]fars.اهل حق, ərəb.كاكائي[4]) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din.[5] Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir.[6] İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir.[7] İranda türk yarsan anklavları da mövcuddur.[7]
İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.[1] Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir. Bir çox yarsanilər İranın İslam sisteminin təzyiqi səbəbindən öz dinlərini gizlədirlər və onların əhalisinin dəqiq statistikası yoxdur.[8]
Yarsanilərin əsasən Gorani dilində yazılmış fərqli dini ədəbiyyatı var. Bununla belə, az sayda müasir yarsani Gorani dilini oxuya və ya yaza bilir, çünki onların ana dilləri Cənubi kürd dialekti və ya Soranidir.[9]
↑Hamzeh'ee, M. Reza Fariborz. Krisztina Kehl-Bodrogi; və b. (redaktorlar ). Syncretistic Religious Communities in the Near East. Leiden: Brill. 1995. 101–117. ISBN90-04-10861-0.
↑Philip G. Kreyenbroek (1992). Review of The Yaresan: A Sociological, Historical and Religio-Historical Study of a Kurdish Community, by M. Reza Hamzeh'ee, 1990, ISBN3-922968-83-X. Bulletin of the School of Oriental and African Studies, University of London, Vol.55, No.3, pp.565–566.