Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.
Bilik
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi
baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir. Adlar sisteminin olması sistemə onun yaddaşında olan biliklərin mənbəyini göstərir, daha doğrusu, nə yerləşdirildiyini "bilməyə" imkan verir və yaddaşda olan sorğulara cavab vermək bacarığını təmin edir.
Strukturlaşma. İnformasiya vahidləri lazım olduqda bölünərək daha kiçik vahidlər və ya birləşərək daha böyük vahidlər ola bilərlər. Bu əməliyyatlar üçün elementlərin sinfə mənsubiyyət münasibətini və "jins-növ" (rodo-vidovie) münasibətini bilmək lazımdır. Hər bir bilik vahidi başqasının strukturuna daxil ola bilər və hər bir bilik vahidi elementlərə ayrıla bilər. Başqa sözlə, ayrı-ayrı bilik elementləri arasında "bütöv-hissə", "jins-növ", "element-sinif" kimi münasibətlərin sərbəst təyin olunması mümkün olmalıdır.
Bağlılıq. Gerçəkliyin semantik və proqmatik əlaqələrini əks etdirən bilik vahidləri arasında ən müxtəlif cür əlaqələrin təmin olunması imkanı mümkün olmalıdır. Məsələn, iki və ya daha çox bilik vahidi arasında eyni zamanda "səbəb-nətijə", "dost olmaq", "sevmək", "oxşar olmaq" əlaqələrini göstərmək olar. Daha sonra bağlılığı struktur funksional, anlayış, hal, səbəb kimi ayırmaq olar. Yəni bu əlaqələr çox müxtəlif ola bilərlər.
Aktivlik. EHM ortaya çıxandan və yaddaş sistemində istifadə olunan biliklərin verilənlər və komandalara bölünməsi nətijəsində belə bir vəziyyət alınmışdır ki, verilənlər passivdir, komandalar isə aktivdirlər. Yəni EHM-də gedən proseslər komandalar vasitəsilə həyata keçirilir, verilənlər isə bu komandalar tərəfindən lazım olduqja istifadə olunurlar. EHM-ə xas olan verilənlərin passivliyi jəhətinin insanda analoqu yoxdur. Odur ki, intellektual sistemlərdə belə bir vəziyyət qəbul edilməzdir. İnsana bənzər bilik sistemində bir hərəkətin ijrası sistemin malik olduğu biliklər əsasında həyata keçirilir. Deməli, Sİ sistemi proqramın hər bir gedişini biliklər bazası tərəfindən aktivləşdirir. Beləliklə, biliklər bazasının aktivliyi Sİ-də məqsədə çatmağı təmin edir və bu məqsədi həyata keçirmək imkanı yaradır.
Getdikcə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.
Biliklər üç əsas sistemə ayrılırlar:
İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər.
Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər.
Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən proqmatik biliklər.