Everest

Everest dağı
ing. Mount Everest, nep. सगरमाथा
Dünyanın ən yüksək nöqtəsi – Comolunqma (Saqarmatxa, Everest)
Dünyanın ən yüksək nöqtəsi – Comolunqma
(Saqarmatxa, Everest)
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Mahalanqur Himal
Mütləq hündürlüyü 8848[1]
İlk fəthi 29 may 1953 (Tensinq Norgey, Edmund Hillari)
Marşrutu Cənub Aşırımı marşrutu
Yerləşməsi
27°59′17″ şm. e. 86°55′31″ ş. u.HGYO
Ölkələr
Everest dağı xəritədə
Everest dağı
Everest dağı
Everest dağı xəritədə
Everest dağı
Everest dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir.[2]

Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi. 2010-cu ildə hər iki tərəf Everestin hündürlüyünün 8.848 m olması barədə razılığa gəldilər.[3]

1865-ci ildə, Everest rəsmi ingilis adı Kral Coğrafiya Cəmiyyəti tərəfindən Hindistanın ingilis Generalı Andrev Vaufun tövsiyəsi ilə verildi. Bir neçə fərqli yerli adın olduğu ortaya çıxdığına görə, Vauf Everestin etirazlarına baxmayaraq vəzifədəki sələfi Corc Everestin adını seçdi.[4]

Everest dağı bir çox alpinisti cəlb edir. Bunlardan bəziləri yüksək təcrübəli alpinistlərdir. Nepalın cənub-şərqində ("standart marşrut" kimi tanınır) və şimali Tibetdə iki əsas alpinist marşrutu var. Standart marşrutda ciddi texniki dırmaşma çətinlikləri olmasa da, Everest yüksəklik xəstəlikləri, güclü külək, habelə uçqun kimi təhlükələri təqdim edir. 2017 tarixinə olan məlumatlara əsasən Everestdə təxminən 300 adam ölmüş, onların çoxunun nəşi dağda qalmışdır.[5]

Everest zirvəsinə çatmaq üçün ilk qeydə alınan səyləri İngiltərə alpinistləri etdi. Nepal o vaxt əcnəbilərin ölkəyə gəlməsinə icazə vermədiyi üçün ingilislər Tibet tərəfdən şimal silsiləsi yolunda bir neçə dəfə cəhdlər etdilər. 1921-ci ildə İngilislər tərəfindən edilən ilk kəşf ekspedisiyasında onlar 7,000 metr (22,970 ft) hündürlüyə çatmağı bacardılar. 1922-ci ildə ekspedisiya insanın ilk dəfə 8,000 metr (26,247 ft)-dən yuxarı qalxdığını qeyd edərək şimal silsiləsi yolunu 8,320 metr (27,300 ft)-ə qədər çatdırdılar. Şimal silsiləsindən enən yolda baş verən uçqun nəticəsində 7 alpinist həyatını itirdi. 1924-cü il ekspedisiyası bu günə qədər Everestdəki ən böyük sirlərdən biri ilə nəticələndi: Corc Mallori və Andrev İrvin 8 iyun tarixində son zirvə cəhdini etdilər, lakin bir daha geri qayıtmadılar. Bu hadisə ilk olaraq onların zirvəyə çatıb-çatmaması haqqında mübahisələrə səbəb oldu. O gün onlar dağın yüksəkliyində görüldü, lakin buludlar arasında görünməz oldular və Mallorinin cəsədi 1999-cu ildə 8,155 metr (26,755 ft) yüksəklikdə tapılana qədər də bir daha görünmədilər. Tensing NorgeyEdmund Hilaryi, cənub-şərq silsiləsi marşrutundan istifadə edərək 1953-cü ildə Everest'ə ilk rəsmi yüksəliş etdilər. Norgey əvvəlki il, 1952-ci il İsveçrə ekspedisiyasının üzvü olaraq 8,595 metr (28,199 ft) hündürlüyə çatmışdı. Vang Fuzhou, Qonpo və Qu Yinhua adlı Çin alpinistlər qrupu 25 may 1960-cı ildə şimal silsiləsindən zirvəyə qalxan ilk insanlar oldular.[6][7]

  1. "Peakbagger.com". 2016-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
  2. "China's New Road May Clear a Path for More Everest Climbers". National Geographic. 4 May 2016. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2019.
  3. "Official height for Everest set". BBC. 8 aprel 2010. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; rgs1857 adlı istinad üçün mətn göstərilməyib
  5. "Death in the clouds: The problem with Everest's 200+ bodies". BBC Future. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-20.
  6. Lewis, Jon E. Appendix 1 // The Mammoth Book of How it Happened – Everest. Little, Brown Book Group. 2012. səh. 212. ISBN 978-1-78033-727-2.
  7. "Gonpo: first Chinese atop Mount Qomolangma". CCTV. 14 oktyabr 2009. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-20.

Everest

Dodaje.pl - Ogłoszenia lokalne