Laksa — Cənub-Şərqi Asiyada məşhur olan ədviyyatlı əriştə yeməyi.[2][3] Laksa, adətən qalın düyü əriştələri ilə hazırlanır və üzərinə toyuq, karides və ya balıq kimi əlavələr qoyulur. Laksanın əksər növləri zəngin və ədviyyatlı kokos köri şorbası ilə və ya asam (tamarind və ya gelugur) ilə dadlandırılmış bulyonla hazırlanır.
Peranakan Çin mətbəxindən[4] qaynaqlanan laksa reseptləri adətən Sinqapur, İndoneziya və Malayziyada təqdim olunur.[5][6][7][8]